Suriya hökuməti: İŞİD-in kimyəvi silah anbarına zərbələrdən sonra yüzlərlə insan həlak olub

ABŞ-ın başçılıq etdiyi koalisiyanın Hərbi Hava Qüvvələrinin İŞİD terror qruplaşmasının Deyr-əz-Zur şəhərinin Calta rayonundakı qərargahına və anbarlarına endirdiyi zərbələr yüzlərlə insanın zəhərlənməsinə gətirib çıxarıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Suiya hökumət qüvvələrinin komandanlığının bəyanatında deyilir. Bəyanatda bildirilir ki, hava hücumu aprelin 12-də yerli vaxtla saat 17:30-da həyata keçirilib: “Nəticədə xeyli sayda terrorçu, o cümlədən xarici muzdlu məhv edilib. Lakin bombardmanlardan sonra anbarın üzərində sarı tüstü yüksəlib. Bu təsdiq edir ki, orada zəhərli maddə ehtiyatları saxlanılıb. Zəhərlənmədən yüzlərlə insan, o cümlədən dinc sakinlər həlak olub”.

DİGƏR XƏBƏRLƏR

Top