Ronaldo Avrokuboklarda 100 qol vuran ilk futbolçu oldu

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldonun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə oyunda (1:2) iki dəfə fərqlənməsi portuqaliyalı üçün Avrokuboklardakı karyerasında 99-cu və 100-cü qolu olub. “Yeniavaz.com”un “Radio Mayak”a istinadən verdiyi məlumata görə, K. Ronaldo 100 qol vurmaq üçün 143 oyun keçirməli olub. Portuqaliyalı foravrdın yaxın təqibçisi “Barselona”nın hücumçusu Lionel Messidir. Onun aktivində Avrokuboklarda 97 qol var. Üçüncü yeri 76 qolla “Real” və “Şalke”nin keçmiş forvardı Raul tutur.

DİGƏR XƏBƏRLƏR

Top