Türkiyədə "seçki qutularına hücum"a qarşı əməliyyat

İŞİD terror qruplaşmasının Türkiyədə aprelin 16-da keçiriləcək referendumda bütün seçki qutularının ələ keçirilməsi ilə bağlı çağırışından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyata başlayıblar. Əməliyyat zamanı Mersində 9, Kırıkkaledə isə 5 nəfər saxlanılıb. Bundan başqa, Adanada İŞİD və "əl-Qaidə"yə üzv olmaqda şübhəli bilinən 10 nəfər tutulub. Şübhəlilərin evlərində aparılan yoxlamalar nəticəsində İŞİD-ə aid olan sənədlər, terror təşkilatının bayrağı, kompüter və silah aşkarlanıb. Əməliyyat davam edir.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top