Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı 3 milyon avro ödəməyə təhkim edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın 2004-cü ildə Beslanda terror aktında həlak olanların və xəsarət alanların qohumlarına 2,955 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, məhkəmə Rusiyanın terror aktının bütün təfərrüatlarını və girovların öldürülmə səbəblərini araşdırmaq üçün zəruri tədbirlər görmədiyini qəbul edib. Strasburqdakı hakimlər iddiaçılar ilə Avropa konvensiyasının insan hüquqlarının qorunması haqqında ikinci maddəsinin pozulması barədə həmfikir olublar. AİHM Rusiya güc strukturlarının hərəkətlərinin girovlar arasında ölənlərin sayının artmasına səbəb olub-olmamasına dair qərar verib.

Strasburq məhkəməsi belə nəticəyə gəlib ki, hakimiyyətin terror aktının hazırlandığına dair məlumatı olub, lakin riskləri minimuma endirmək üçün kifayət qədər addım atmayıb. Bundan başqa, AİHM-in fikrincə, girovların xilas edilməsi üzrə əməliyyat kifayət qədər düşünülmüş olmayıb. Kompensiyalardan başqa, məhkəmə xərclərinin qarşılanması üçün daha 88 min avro ödənməlidir. Ümumilikdə məhkəməyə 409 nəfərdən 7 iddia təqdim olunub.

Xatırladaq ki, 1 sentyabr 2004-cü il tarixində Rusiya Federasiyasının Şimali Osetiya respublikasının Beslan şəhərində terrorçular şagirdləri, onların valideynlərini və məktəb əməkdaşlarını girov götürüblər və onları iki gün ərzində məktəb binasında saxlayıblar. Sentyabrın 3-də məktəb binasında partlayış baş verib, bundan sonra güc strukturları hücuma keçiblər. Terror aktı və hücum nəticəsində 333 nəfər, o cümlədən 186 uşaq həlak olub, 700-dən çox nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top