Ermənistan "Verba" zenit-raket kompleksləri alıb

Aprel döyüşlərindən sonra Ermənistan ordunun müasir silahlarla silahlanması ilə bağlı yeni tədbirlər həyata keçirib. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə "Havzinyor` qəzetinə müsahibəsində Ermənistan hava hücumundan müdafiə sistemləri komandanının müavini polkovnik Artur Poqosyan deyib. Onun sözlərinə görə, yeni zenit-raket sistemələri ordunun döyüş qabiliyyətinin artırılmasında, müdafiə mövqeyinin daha da möhkəmlənməsində önəmli rol oynayıb: "Aprel döyüşlərindən özümüz üçün nəticə çıxardıq və hava hücumundan müdafiə sistemlərimizin modernləşdirilməsi üçün tədbirlər həyata keçiridk. Biz bu çərçivədə də kifayət qədər böyük həcmdə "Verba" və "İqla" zenit-raket kompleksləri alaraq onu cəbhənin ön sıralarında yerləşdirdik. Bununla da hava hücumundan müdafiə sahəsində ordumuzu gücləndirdik".

DİGƏR XƏBƏRLƏR

Top