Ay ərzində orta hesabla adambaşına 272 manat xərcləmişik

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6 faiz üstələyərək 7,9 milyard manata bərabər olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ticarət dövriyyəsinin 4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7 faiz və 2,6 faiz üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 11,2 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,4 faizi fərdi sahibkarlar tərəfindən, 35,4 faizi isə bazar və yarmarkalarda satılıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2016-cı ilin yanvar-mart aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

7 926,1

101,6

o cümlədən:

ərzaq məhsulları, içkilər və tütün məmulatları

4 039,3

100,7

toxuculuq məhsulları, geyim və ayaqqabılar

1 401,2

103,0

elektrik malları və mebel

482,7

102,4

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

61,3

102,1

əczaçılıq və tibbi mallar

104,1

101,9

avtomobil yanacağı

389,3

99,8

digər qeyri-ərzaq məhsulları

1 448,2

103,2

DİGƏR XƏBƏRLƏR

Top