Mingəçevirdə intellektual bilik yarışması keçirilib

Mingəçevir 3 saylı tam orta məktəbdə 9, 10, 11-ci siniflər arasında intellektual bilik yarışması keçirilib. Yarışmanın təşkilatçısı Gəncə qarnizonunun zabitləridir. Məqsəd ulu öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar hərbi qulluqçular, tələbələr və şagirdlər arasında tədbir keçirilməsidir. Yarışa Mingəçevirlə yanaşı, bölgə məktəbliləri də qatılıblar. Bu yarışmada Mingəçevirin 3 saylı tam orta məktəbinin şagirdləri fəallıq nümayiş etdirərək birinci yeri tutaraq finala vəsiqə qazanıblar. Məktəbin direktoru Kəmalə Tahirovanın sözlərinə görə, məktəbin bu kimi yarışlarda uğurları ilbəil artır. Bunun bariz nümunəsi məktəbimizdə dərslərin mükəmməl keçirilməsi və hər bir müəllimin öz işinə ciddi yanaşmasıdır: "Çalışırıq ki, şagirdlərimiz hər yerdə məktəbimizin adını ucalara qaldırsınlar".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top