Avtomobilin arxa şüşəsini döşək üzü ilə örtdü - VİDEO

Avtomobillərin arxa şüşəsinə müxtəlif cür pərdə çəkənlərlə rastlaşmısınız yəqin ki.

Bu dəfəki qəhrəmanımız isə maşının şüşəsini yorğan üzü ilə qapayıb.

"Yeniavaz.com" xəzərxəbər-ə istinadla bildirir ki, qanunda bununla bağlı hər hansı qadağa olmasa da, istənilən halda sürücülərin diqqətini yayındıran vasitələrlə şüşələrə pərdə çəkmək olmaz.

Avtomobilin arxa şüşəsini döşək üzü ilə elə qapayıb ki, görmək qeyri-mümkündür. Bəziləri arxa şüşəyə günəş şüalarından qorunmaq üçün bəziləri isə dəb xətrinə müxtəlif plyonka və pərdələr çəkdirir. Adi qaydadada şüşəsinə plyonka və pərdə çəkdirənləri hər yerdə görmək mümkündür ,amma bunu ev pərdəsi və döşək üzü ilə edənlər də var imiş.

Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran əliyev arxa şüşələrə hər materialdan pərdə şəkilməsinin düzgün olmadığını deyir. Onun sözlərinə görə bu digər hərəkət iştirakçılarını çaşdıra bilər.

Kamran əliyevin sözlərinə görə qanunda arxa şüşəyə pərdələrin çəkilməsinə heçbir qadağa yoxdur. Sadəcə sürücülər pərdə çəkərkən şəkil və diqqət yayındırıcı materialllardan istifadə etməməlidir.
Baş Dövlət Yol Polisinin rəsmisi onu da bildirdi ki, arxa şüşəyə şəkil və plakatlardan istifadə etmək olmaz. Və ya hansısa diqqət yayındıran rəng olarsa bu da sürücüləri çaşdıra bilər.

avtomobil

DİGƏR XƏBƏRLƏR

Top