Etirazçılar Venesuela prezidenti Nikolas Maduroya müxtəlif əşyalar atıblar və onun ünvanına təhqiramiz ifadələrlə qışqırıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident Venesuela liderinin hərbi cipdə hərəkət edərkən tərəfdaflarını salamlayan zaman baş verib. Hadisədən sonra N. Maduro mitinq və etirazların olduğu yeri tərk edib. San-Feliks şəhərində prezidentin tərəfdarlarının keçirdiyi mitinq dövlət telekanalllarının biri ilə canlı yayımlanıb, lakin iğtişaşlar başlayandan sonra yayım dayandırılıb.