Bu ölkədə it və pişik əti yeyilməsi qadağan edildi

Tayvan hakimiyyəti ətlərini yemək üçün pişik və itlərin kəsilməsini rəsmi olaraq qadağan edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, aprelin 11-də ölkə parlamenti heyvanların qorunması haqqında qanuna müvafiq dəyişiklikləri təsdiq edib. Hökumət ev heyvanlarının ətlərinin satışı və istehlakını qadağan etməklə yanaşı, həmin heyvanlara qarşı kobud rəftara və təhqiredici hərəkətlərə görə cəzanı sərtləşdirib. Qanunu pozanları 6,5 mindən 65 min dollarədək pul cəzası, eləcə də 2 ilədək həbs cəzası gözləyir. Bu cür yenilik Asiyada ilk dəfə qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top