Nazarbayev qazax əlifbasının latına keçidi ilə bağlı tapşırıq verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə hökumətinə qazax əlifbasının latın qrafikasına keçid cədvəlini tərtib etməyi tapşırıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə N. Nazarbayevin “Egemen Qaxaxıstan” (“Müstəqil Qazaxıstan”) qəzetində dərc edilən müəllif məqaləsində deyilir. Məqalədə bildirilir: “Biz hazırlıq işlərinə başlayacağıq. Hökumət qazax dilinin latına keçidi üçün qrafik tərtib etməlidir. 2017-ci ilədək alimlərlə və ictimaiyyət nümayəndələri ilə məsləhətləşmələrdən sonra yeni qazax əlifbası və latın qrafiki üzrə vahid standartlar hazırlanmalıdır. 2018-ci ildən yeni əıifbanın tədrisi üçün mütəxəssislər hazırlamaq və orta məktəblər üçün dərsliklər buraxmaq lazımdır. Yaxın iki il ərzində təşkilati və metodik işlər görülməlidir”. N. Nazarbayev əlavə edib ki, ilk dövrlərdə latınla yanaşı, kiril əlifbasından da istifadə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top