Tramp: Bəşər Əsəd qəssabdır

Vaşinqton və Moskva Suriya üzrə hələlik ümumi dil tapa bilmirlər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, iki ölkənin Suriya münaqişəsinin nizamlanması problemi üzrə fikir ayrılıqları qalır: “Rusiya prezidenti Vladimir Putin görməlidir ki, bu oğlan (Suriya prezidenti Bəşər Əsəd) necə barbardır. Rusiyanın uşaqları qazla zəhərləyən və çəllək bombaları atan insanla əlaqəsinin olması çox pis haldır”. D. Tramp Suriya prezidentini, həmçinin qəssab adlandırıb. Bununla belə, ABŞ prezidenti bildirib ki, B. Əsədin hakimiyyətdən uzaqlaşdırılması Vaşinqton üçün prioritet deyil: “Suriyada əsas vəzifəmiz İŞİD qruplaşmasının məhv edilməsidir”.

DİGƏR XƏBƏRLƏR

Top