"Qarabağ münaqişəsi həll edilmədən regiona xarici sərmayə axını olmayacaq"

Gürcüstan Ermənistanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu "Qafqaz evi" tədqiqatlar mərkəzinin icraçı direktoru Georgi Kanaşvili onlayn konfrans zamanı deyib. Onun sözlərinə görə, müəyyən məsələlərə münasibətdə tərəflər arasında fikir ayrılıqları olsa da bu iki ölkə münasibətlərinə təsir etməyib: "Ermənistan Abxaziyadan olan gürcü qaçqınlara münasibətdə Gürcüstanın mövqeyini müdafiə edib. Ölkəmiz də analoji vəziyyətdə olan azərbaycanlı qaçqınlarla bağlı məsələdə onlara dəstək verib. Qarabağ münaqişəsinin həllinə gəlincə, bildiyiniz kimi tərəflərin kompromis həlll variantı axtarışı davam edir və əminəm ki, vəziyyətdən çıxış yolu tapılacaq".

Gürcü politoloq regionda sabitliyin hər üç ölkə üçün vacib olduğunu xüsusi vurğulayıb: "Qarabağ münaqişəsi həll edilmədən regiona xarici sərmayə axını olmayacaq. Qeyri-sabit bölgəyə heç bir xarici ölkə iş adamı sərmayə qoymağa cəsarət edə bilməz. Gürcüstan belə hesab edir ki, Qarabağ münaqişəsi dinc yollarla həll edilməli və bu regionun inkişafında önəmli rol oynamalıdır".

DİGƏR XƏBƏRLƏR

Top