Qazaxıstan bu ilin sonuna kimi latin qrafikalı əlifba layihəsi üzərində işi başa çatdıracaq. "Yeniavaz.com"un centrasia.ru-ya istinadən verdiyi məlumata görə bunu politoloq Erlan Karin Tengrinevvs.kz-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu barədə göstəriş prezident Nursultan Nazarbayev tərəfindən verilib: "Preizdentin göstərişinə əsasən ilin sonuna kimi ölkənin latin qrafikalı əlifbaya keçidini nəzərdə tutan layihə üzərində iş başa çatdırılmalıdır. Latin qrafikalı əlifbaya keçid sadəcə olaraq əlifba dəyişikliyi deyil, həm də hər birimiz üçün sivil seçim deməkdir. Bu, Qazaxıstanın sivil dünya ilə elmi-texniki səviyyədə ayaqlaşması və təhsil sistemində həyata keçirilən islahatlar baxımından olduqca önəmlidir".
Erlan Karin latın qrafikalı əlifbaya keçidi nəzərdə tutan layihənin hazırlanması üçün tanınmış dilçilərin, linqvistlərin, o cümlədən alim və filoloqların bu prosesə cəlb edildiyini söyləyib.