Litva və Gürcüstan ümumi düşmənə qarşı birgə mübarizə aparacaqlar

Gürcüstan və Litva hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etdirəcəklər. "Yeniavaz.com"un nevsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, bu fikirlər Litva və Gürcüstan xarici işlər nazirləri Levan İzoriya və Raymundas Karoblisin görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirilib. Litvalı nazir Gürcüstanın NATO-ya üzvlük istiqamətində həyata keçirdiyi islahatları dəstəklədiyini və bu müstəvidə də adı çəkilən ölkəyə yardım edəcəyini söyləyib: "Litva xüsusi təyinatlı əməliyyatların həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Biz NATO üzvü ölkə kimi qazandığımız təcrübəni Gürcüstanla bölüşməyə və birgər hərbi təlimlərin keçirilməsinə hazırıq. Bu çərçivədə də çevik milli qvardiyaya malikik və onların NATO standartlarına uyğunlaşdırılması üçün bütün imkanlardan istifadə etmişik. Litva Gürcütanla xüsusi əməliyyatların keçirilməsi sahəsində əməkdaşlıq barədə artıq razılıq əldə edib. Mən buna uyğun olaraq Gürcüstanı "Flaming Svvord2017"( Odlu qılınc) hərbi təlimlərində iştirak etməyə dəvət etmişəm".

Karoblis hər iki ölkənin ümumi təhlükə qarşısında olduğunu və buna qarşı birgə mübarizə aparmasının vacibliyini vurğulayıb: "Gürcüstan və Litva eyni təhlükə qarşısındadırlar. Biz bu təhlükəyə qarşı daha sıx əməkdaşlıq etməli və ona qarşı beynəlxalq aləmlə birgə vahid cəbhədən çıxış etməliyik".

DİGƏR XƏBƏRLƏR

Top