Əhmədinejadın prezidentliyə namizədliyi qeydə alındı

2005-2013-cü illərdə İranın dövlət başçısı olmuş Mahmud Əhmədinejad prezident seçkilərində namizəd qismində qeydiyyyatdan keçib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, aprelin 12-də keçmiş prezident Daxili İşlər Nazirliyinə gələrək namizəd qismində qeydiyyatdan keçmək üçün ərizəsini təqdim edib. Bundan başqa, M. Əhmədinejadın keçmiş iki müavini Həmid Baqai və Məsud Zəribafan da prezident olmaq üçün qeydiyyatdan keçiblər. Hərçənd M. Əhmədinejad daha əvvəl prezidentlik yarışında iştirak etməyəcəyini açıqlamışdı.

Xatırladaq ki, aprelin 11-də İran Daxili İşlər Nazirliyində mayın 19-da prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyata alınmasına başlanılıb. Ölkə konstitusiyasına əsasən İslam və İslam quruluşunun fəal tərəfdarı olan azı 40 yaşlı istənilən köklü sakin prezident vəzifəsini tuta bilər. Ərizələr 5 gün ərzində qəbul ediləcək. Artıq ilk gündə 100-dən namizəd qeydiyyata alınıb. Adları seçki bülletenlərinə daxil ediləcək namizədlərin yekun siyahısını İranın Müşahidə Şurası təsdiq edəcək. Şura namizədlərin əksərini geri çevirərək yalnız layiq olanları saxlayır.

DİGƏR XƏBƏRLƏR

Top