Konqresmenlər Trampı "erməni soyqırımı"nı lazımi səviyyədə qeyd etməyə çağırıblar

ABŞ-ın Demokratlar və Respublikaçılar Partiyalarından olan bir qrup konqresmen prezident Trampın "erməni soyqırımı" qurbanlarının xatirəsini onlara layiq olan səviyyədə qeyd etməsini istəyirlər. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bununla əlaqədar bir qrup konqresmenlər tərəfindən Trampa müraciət qəbul edilib. Müraciətdə hər il aprel ayının 24-də ABŞ prezidentlərinin ənənəvi olaraq "erməni soyqırımı" ilə bağlı xüsusi bəyanatla çıxış etdiyi vurğulanır. Konqresmenlər bu dəfə Trampın "erməni soyqırımı" ilə bağlı çıxışında baş verən hadisəyə erməniləri qane edəcək səviyyədə qiymət verəcəyinə ümid edirlər. Öz növbəsində Amerika erməniləri milli komitəsinin icraçı direktoru Aram Amparyan bu məsələdə Türkiyənin müqavimətinin qırılacağını və "erməni soyqırımı" qurbanlarının xatirəsinin yüksək səviyyədə qeyd olunacağını istisna etmədiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top