Tillerson: Rusiya Əsəd və ABŞ arasında seçim etməlidir

Tezliklə Suriya prezidenti Bəşər Əsədin idarəçiliyininin sonu çatacaq. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson İtaliyanın Lukka şəhərində keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra deyib. Sabah Moskvaya səfər etməyi planlaşdıran R. Tillerson qeyd edib ki, Əsəd ailəsinin səltənəti sona çatır: “Bu aydın görünür”. R. Tillersonun sözlərinə görə, Rusiya ABŞ münasibətləri və B. Əsədə dəstək arasında seçim etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top