Xəzərdə neftçinin meyiti tapılıb

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 9-u Xəzərdə aşkar edilən kişi meyitinin kimliyi açıqlanıb.

Axtarış – Xilasetmə Qərargahından verilən məlumata görə, meyitin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967 – ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top