Ramin Musayev: "Ölkə kubokunun finalının yeri dəyişməyəcək"

Ölkə kubokunun finalının yeri dəyişməyəcək. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, “Qarabağ” və “Qəbələ” arasında keçiriləcək görüş mayın 5-də Naxçıvanda baş tutacaq. “Artıq qərar verilib. Mayın 4-dən etibarən Bakıdakı stadionların əksəriyyəti İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsinin ixtiyarına veriləcək. Bu səbəbdən final Naxçıvanda keçiriləcək” – deyə, PFL prezidenti bildirib. Xatırladaq ki, “Qarabağ” və “Qəbələ” azarkeşləri bəyanat yayaraq, ölkə kubokunun finalının Naxçıvanda deyil, başqa bir şəhərdə keçirilməsini tələb edib. Azarkeşlərin fikrincə, Naxçıvana gedib-gəlmək əlavə xərc tələb edir.Apasport.az

DİGƏR XƏBƏRLƏR

Top