Dilican tunelində baş verən qəzada 13 nəfər yaralanıb

Dilican tunelində baş verən avtomobil qəzası nəticəsində 13 nəfər ağır bədən xəsarəti alıb. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə yaralıların əksəriyyətinin vəziyyəti orta ağır hesab edilir. Hadisə bu gün səhər Yerevan-Sevan- İcevan avtomobil yolunun Dilican tunelindən keçən hissəsində baş verib. Belə ki, Davveo və Volksvagen avtomobillərinin toqquşması ikinci maşında olan 10 nəfərin ağır yaralanmasına gətirib çıxarıb. Qəza nəticəsində Davveo-da olan iki sərnişin, həmçinin sürücü də bədən xəsarəti alıb. Qəzaya səbəbin hər yüksək sürət olduğu hesab edilir. Şahidlərin dediyinə görə tuneldə hər iki maşın yüksək sürətlə hərəkət edib və bu da nəticədə qəzanı qaçılmaz edib. Baş verən hadisə ilə bağlı cinayət işi qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top