Ermənistanda 96,2 min nəfər iş axtarır

2017-ci ilin mart ayının 1-nə olan məlumata görə, Ermənistanda 96,2 min nəfər rəsmi qaydada işsiz kimi qeydə alınıb. "Yeniavaz.com"un nevs.am-a istinadan verdiyi məlumata görə, bu barədə Ermənistan Dövlət Məşğulluq Agentliyinin yaydığı məlumatda deyilir. İşsizlərin arasında 62,3 min nəfər qadın var. Rəsmi şəkildə qeydə alınan işsizlərin 22,3 min nəfərini isə gənclər təşkil edir. Məşğulluq idarəsi ötən il işsizlərə 1328 nəfər vakant yer təklif edib və nəticədə 1159 nəfər işə düzəlib. Lakin iş yerlərinin məhdud olması işsizlərin əksəriyyətinin Ermənistanı tərk etməsinə səbəb olmaqdadır. Belə ki, ötən il 150 min nəfər iş dalınca Rusiyaya,Türkiyəyə və digər ölkələrə üz tutub. Onların çoxu sonradan geri qayıtmayıb. Bundan əlavə son illərdə işsiz gənc qadınlar arasında da Ermənistandan xaricə axın başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top