Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama

Hazırda Azərbaycanda vəziyyət normaldır. "Yeniavaz.com" xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Rusiyanın bəzi bölgələrində qripin yayılmasının Azərbaycana təsirinin mümkünlüyünü izah edərkən deyib.

“Azərbaycanda insanlar arasında qripə yoluxanlar ola bilər, ancaq bu, normal haldır, təhlükə demək deyil. Azərbaycan səhiyyə sistemi tərəfindən bütün qabaqlayıcı tədbirlər aparılır. Əgər ölkədə təhlükəli vəziyyət olsaydı, biz əvvəlcədən əhalini xəbərdar edərdik, qripdən qorumaq üçün lazımi tədbirlər aparardıq. Hazırda ölkədə belə bir təhlükə olmadığı üçün narahat olmağa əsas yoxdur”,- İ.Ağayev əlavə edib.

Qeyd edək ki, Rusiyanın 3 regionu hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzədir, bu səbəbdən 15 məktəbdə dərslər dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top