Kiyevdə partlayış baş verib

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib. “112.ua” saytının xəbərinə görə, hadisə çərşənbə axşamına keçən gecə Vladimirskaya 4 ünvanında baş verib. Ölən və yaralananlar barədə məlumat yoxdur. Partlayış dalğası binanın birinci mərtəbəsində yerləşən bank və restoranın şüşələrini qırıb. Yaxınlıqda park edilən avtomobillərə də ziyan dəyib. Hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşları çalışır.Apa

DİGƏR XƏBƏRLƏR

Top