Çempionlar Liqasının növbəti mərhələsinə start verilir

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. "Yeniavaz.com" xəbər verir ki, ilk oyun günündə matçlardan biri İtaliyada, digəri Almaniyada baş tutacaq.

“Yuventus” İspaniya “Barselona”sını, Dortmund “Borussiya”sı isə Fransa “Monako”sunu qəbul edəcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Borussiya" (Dortmund, Almaniya) – "Monako" (Fransa)

Baş hakim: Daniel Orsato (İtaliya)

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top