Rusiyada ağır yol qəzası nəticəsində 5 nəfər ölüb

Rusiyanın Oryol vilayətində ağır yol qəzası baş verib. “Gazeta.ru”-nun xəbərinə görə, hadisə Oryol-Bryansk avtomagistralında qeydə alınıb. Minik və yük avtomobillərinin toqquşması nəticəsində Oryol vilayətinin Uritsk rayon sakinləri olan 2 qadın və 3 kişi ölüb. Ağır xəsarətlər alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top