Gürcüstan xarici işlər naziri Ermənistana səfər edəcək

Aprelin 11-də Gürcüstan Xarici işlər naziri Mixail Canelidze rəsmi səfərlə Ermənistana gedəcək. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici işlər nazirliyi mətbuat xidməti bildirib: "Gürcüstan Xarici işlər nazirinin Yerevana səfəri zamanı regionda və beynəlxalq aləmdəki hadisələr, iki ölkə arasında xarici siyasət sahəsində əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi və digər məsələlər əsas müzakirə hədəflərindən olacaq. Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Ermənistan prezidenti Serj Sarkisyan və Baş nazir Karen Karapetyan tərəfindən qəbul ediləcək. Canelidzenin öz həmkarı Nalbandyanla görüşü başa çatandan sonra Kütləvi İnformasiya vasitələri üçün mətbuat konfransı keçiriləcək".

DİGƏR XƏBƏRLƏR

Top