Sumqayıtda evə ildırım düşüb VİDEO

Sumqayıt şəhəri, Kottec yaşayış massivində ildırım vurması nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 və digər otağın tavanı 20 m2 sahədə yanıb. "Yeniavaz.com" "xeberle.com" saytına istinadən xəbər verir ki, yanğın kirayənişinlərin qaldığı evdə baş verib. Evin əşyaları yanaraq yararsız hala düşsə də, xoşbəxtlikdən həmin vaxt evdə heç kim olmayıb. Ətraf ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə hadisə ildırım vurması nəticəsində baş verib. hadisənin dəqiq baş vermə səbəbi isə araşdırma aparıldıqdan sonra məlum olacaq. Sözügedən evdən görüntüləri təqdim edirik.

ildirim

DİGƏR XƏBƏRLƏR

Top