"Hamı imza almağa çalışır, "ASAN xidmət"də basabasdır" - Hüquq müdafiəçisi

"Bəzi dövlət qurumları sahibkarlığı məhv etmək üçün irimiqyaslı hücuma keçib". "Yeniavaz"ın məlumatına görə, bu fikirlər Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədova məxsusdur.

S. Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təxribatla məşğul olduğunu deyib: "Deməli, Dövlət Sosial Müdafiə Fondunun hesabatı "ASAN imza" ilə verilməlidir. Niyə, axı vergi adi qaydadadır. Bu barədə sosial sığorta ödəyiciləri yalnız hesabat vaxtı xəbər tutublar. Bəlkə də saytlarının hanısısa küncündə bu barədə məlumat gedib. İndi "ASAN xidmət" yerlərində basabasdır. Hamı imza almağa çalışır. Bu da bir tərəfə heç onların sistemi də demək olar işləmir. Hesabat vermək mümükün deyil. Əməkdaşlar isə deyir ki, 20 aprelə qədər hesabatı verməsəniz, cərimə olunacaqsız. Deyəndə sistem işləmir, deyirlər ki, bu işə biz baxmırıq".

Hüquq müdafiəçisi qeyd edib ki, bu ildən vergilərin ödənilməsi sistemi də mürəkkəbləşdirilib: "İmkanı olan hər kəs fəaliyyətini dayadırıb qeyri-leqal fəaliyyətə keçir. Hələ ki, islahat aparan qurumlardan heç bir reaksiya yoxdur. Nə deyək?".

DİGƏR XƏBƏRLƏR

Top