Yeni parlamentdə iqtidar partiyası 58 millət vəkili ilə təmsil olunacaq

Aprelin 2-də keçirilən parlament seçkilərində qalib gələn iqtidar yönümlü Ermənistan Respublika Partiyasının 58 mandat əldə etdiyi məlum olub. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, iqtiarda olan Respublika Partiyası parlamentdə 58, "Sarukyan" bloku isə 31 millət vəkili ilə təmsil olunacaqlar. Bundan əlavə parlamentdə təmsil olunmaq hüququ əldə edən Yelk ( Çıxış) bloku 9, Daşnaksutyun isə 7 millət vəkili yeri əldə ediblər. 58 millət vəkili ilə parlamentdə təmsil olunmaq Sarkisyanın Respublika Partiyasına təkbaşına Nazirlər kabinetini formalaşdırmağa imkan verəcək.

Xatırladaq ki, 2 aprel seçkilərində Respublika Partiyasına 770 441, Sarukyan blokuna 428 836, Yelk blokuna 122 065, Daşnaksutyun-a isə103 048 nəfər səs verib.

DİGƏR XƏBƏRLƏR

Top