"Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll etməlidirlər"

İsrailin Ermənistandakı yeni səfiri Eliyax Eruşalm ölkəsinin Bakıya və Yerevana münasibətdə fərqli mövqedən çıxış etmədiyini söyləyib. "Yeniavaz.com"un verdiyi məlumata görə, məsələ ilə bağlı nevs.am-a açıqlamasında səfir İsrailin Qarabağ münaqişəsinin həllini ATƏT Minsk Qrupu çərçivəsində gördüyünü söyləyib: "Biz belə hesab edirik ki, iki ölkə arasında sülh Minsk prosesi çərçivəsində əldə edilməlidir. Əsas məsələ odur ki, bölgədə sülh bərpa edilsin və tərəflər dinc qonşuluq şəraitində yaşaya bilsinlər. Təbii ki, Qarabağ münaqişəsi tərəflərin qarşılıqlı razılığı əsasında həll edilməlidir. Yəni konkret şəkildə ifadə etsək Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll etməlidirlər. Məsələnin digər tərəfinə gəlincə İsrail- Ermənistan münasibətləri iki ölkənin sırf daxili işidir və bunun digər dövlətlərə hər hansı aidiyyatı yoxdur".

Eliyax Eruşalm həmçinin Ermənistanı narahat edən Azərbaycana silah satılması məsələsinə də toxunub. O deyib ki, İsrail məsələ ilə bağlı heç kimə izahat verməyə borclu deyil: "Bu məsələ Yerevanda keçirdiyim görüşlərdə qaldırılıb. Yəqin ki, iki ölkə arasında baş tutacaq məsləhətləşmələr zamanı da Azərbaycana silah satışı ilə bağlı məsələ müzakirə hədəflərindən biri olacaq"

DİGƏR XƏBƏRLƏR

Top