Rusiyada sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti gətirilir

“Yedinaya Rossiya” (“Vahid Rusiya”) partiyasının deputatı Vitali Mironov sosial şəbəkələrin fəaliyyətinin hüquqi tənzimlənməsi haqqında qanun layihəsini baxılması üçün Dövlət Dumasına təqdim edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, qanun layihəsi 14 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və sosial şəbəkələrdə pasportla qeydiyyatdan keçməyi nəzərdə tutur.

V. Mironov qeyd edib ki, Rusiyada hazırda sosial şəbəkələrin fəaliyyəti faktiki olaraq tənzimlənmir. Deputat 14 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini bağlı “ölüm qrupları”nın populyarlığının artması və spirtli içki qəbul edən, əxlaqsız həyat tərzi keçirən yeniyetmələrin şagirdlərə təsiri ilə izah edir: “Sosial şəbəkələrdə cəzasızlıq hissini aradan qaldırmaq və məsuliyyətə cəlb etmək üçün sosial şəbəkə istifadəçilərinin qeydiyyat qaydalarının qanunvericiliklə möhkəmləndirilməsi təklif edilir. Qeydiyyatdan keçərkən pasport məlumatlarının təqdim edilməsi saxta səhifələr problemini də həll edəcək”.

V. Mironov, həmçinin sosial şəbəkələrdə keçirilməsi planlaşdırılan qanunsuz aksiya və mitinqlər barədə məlumatların yayılmasının qadağan edilməsini təklif edir: “Qanun layihəsində bir nəfərin eyni sosial şəbəkədə bir neçə səhifəyə malik olması (5 min rubladək cərimə nəzərdə tutulur) qadağan edilir. Spam da (fiziki şəxsləri üçün 5 min rubladək, hüquqi şəxslər üçün isə 300 min rubladək cərimə) qadağan olunur”.

DİGƏR XƏBƏRLƏR

Top