Ölkədə 506 tikinti maşınının istismara yararsız olduğu məlum olub

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 12 min 99, o cümlədən dövlət müəssisələrində 5 min 207, qeyri-dövlət müəssisələrində 6 min 892 tikinti maşını olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2016-cı il ərzində 1220 maşın tam amortizasiya olunub, onlardan 506-sı istismara yararsız olduğuna görə silinib.

2016-cı ildə tikinti müəssisələri tərəfindən 196 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 97-ni yükünü özüboşaldan avtomobillər, 37-ni asfalt döşəyənlər, 21-ni yolbasan maşınlar, 41-ni isə digər növ tikinti maşınları təşkil edib.

Tikinti maşınlarının 8,8 faizi Naxçıvan Muxtar Respublikasında, 64,4 faizi Bakı şəhərində, 7,8 faizi Aran, 7 faizi Abşeron, 4,3 faizi Gəncə-Qazax, 7,7 faizi isə digər iqtisadi rayonlarda cəmlənib.

DİGƏR XƏBƏRLƏR

Top