"Cənubi Osetiyada keçirilən referendum regionun anneksiyasına zəmin hazırlamaqdır"

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili aprelin 9-da Cənubi Osetiyaının adının dəyişdirilərək "Cənubi Osetiya-Alaniya Respublikası" adlandırılması ilə bağlı keçirilən referendumu sərt şəkildə pisləyib. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Kvirikaşvili gürcülərin və osetinlərin onların birgə yaşmasına imkan verməyən güclərin müqavimətini qıraraq yenidən dostluq və qardaşlıq şəraitində fəaliyyətlərini davam etdirəcəklərinə inandığını bildirib: "İşğal olunmuş ərazilərdə keçirilən istənilən "seçkilər" və ya "referendum"lar qeyri-qanunidir və hər hansı hüquqi qüvvəyə malik deyil. Beynəlxalq aləm, beynəlxalq hüquq da işğal altında olan ərazilərin "müstəqilliyini" tanımır və Gürcüstanın ərazi bütövlüyünə dəstək verir. Bu müstəvidə də beynəlxalq aləm tərəfindən Cənubi Osetiyada keçirilən referendum pislənilib və onun tanınılmayacağı bildirilib".

Baş nazir Cənubi Osetiyanın adının dəyişdirilməsinin arxasında bölgənin Rusiya tərəfindən anneksiyasına hazırlıq dayandığını söyləyib: "Cənubi Osetiyada keçirilən referendum regionun anneksiyasına zəmin hazırlamaqdır. Rusiya Federasiyası bu yolla məqsədyönlü şəkildə münaqişənin sülh yolu ilə həllinə mane olur. Buna baxmayaraq mən əminəm ki, gürcülər və osetinlər birgə dövlətdə yaşamaq üçün özlərində güc tapa biləcəklər".

DİGƏR XƏBƏRLƏR

Top