Tramp məsləhətçilərini dəyişməkdə davam edir

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir müavini Ketlin Makfarlend cəmi 3 ay bu vəzifədə çalışdıqdan sonra postundan ayrılır. Daha əvvəl "Fox News" telekanalında siyasi analitik kimi çalışmış K.Makfarlend bunun əvəzində ABŞ-ın Sinqapurdakı səfiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Rusiya ilə gizli danışıqlarla bağlı qalmaqaldan sonra fevral ayında Maykl Flinn milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsindən istefaya göndərilib.

Analitiklər hesab edir ki, indi M.Flinnin yerinə gələn general Herbert Makmaster Milli Təhlükəsizlik Şurasında yenidən təşkilatlanma həyata keçirir.report

DİGƏR XƏBƏRLƏR

Top