Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 11-i gündüz saatlarınadək davam edəcək”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, növbəti günlərdə hava şəraiti yağmursuz olacaq: “Sabah günorta saatlarından sonra hava şəraiti sabitləşəcək. Aprel ayının 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.report

DİGƏR XƏBƏRLƏR

Top