“ABŞ Suriyada daha çox şey etməyə hazırdır”

Vaşinqton raket zərbələrindən sonra Suriyada əlavə əməliyyatlara hazırdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məslətəçisi general Herbert Makmaster deyib.

Onun sözlərinə görə, mümkün yeni addımların məqsədi Suriyada kimyəvi silahın tətbiq edilməsinin qarşısını almaqdır: “Məqsədimiz davam edən kimyəvi silah tətbiqini dayandırmaq olub. Biz daha çox şey etməyə hazırıq”.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyada hökumət qüvvələrinə məxsus Şayrat aerodromuna 59 qanadlı raketlə zərbə endirib. Bu, Suriya hökumətinin İdlib vilayətində havadan kimyəvi silah tətbiq etməsinə cavab olub.

DİGƏR XƏBƏRLƏR

Top