“Neftçi” yenə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib. Açılış oyununda "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gəlib. Gəncə şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Hər iki qolu 1-cü və 41-ci dəqiqələrdə təyin olunmuş penaltilərdən sonra Tural Axundov vurub.

Bununla da xallarını 27-yə çatdıran "Kəpəz" "Neftçi"ni 1 xal və 1 pillə keçərək, 6-cı mövqeyə yüksəlib. Gəncə təmsilçisi Avropa Liqasına vəsiqə verən 4-cü yerdən 4, flaqmanı isə 5 xal ayırır. report

DİGƏR XƏBƏRLƏR

Top