Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya və İran prezidentləri ABŞ-ın Suriya aviabazasına raket zərbəsi endirməsini və Suriyanın İdlib şəhərində kimyəvi silah tətbiqi ilə bağlı olayı müzakirə ediblər. Məlumatda qeyd edilir ki, Rusiya və İran prezidentləri ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Eyni zamanda aprelin 4-də Suriyanın İdlib vilayətində kimyəvi silahla bağlı olayın qərəzsiz, hərtərəfli araşdırılmasını vacib sayıblar. V. Putin və H. Ruhani Suriya böhranının siyasi-diplomatik həlli istiqamətində sıx əlaqələri davam etdirməyin vacib olduğunu vurğulayıblar. apa

DİGƏR XƏBƏRLƏR

Top