Ermənistan parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Ermənistan Mərkəzi Seçki Komissiyası aprelin 9-da keçirdiyi növbədənkənar iclasında aprelin 2-də ölkədə baş tutmuş parlament seçiklərində səsvermənin yekun nəticələrini açıqlayıb. “Yeniavaz.com”un “News.am” saytına istinadən verdiyi məlumata görə, 2009 seçki məntəqəsindən əldə edilən yekun məlumatlara əsasən hakim Ermənistan Respublika Partiyası, “Tsarukyan” bloku, “Çıxış” bloku və “Daşnaksutyun” partiyası VI çağırış parlamentinə daxil olublar. MSK-nın məlumatına görə, səsvermədə 1 575 786 nəfər səs verib. Ölkə üzrə səsvermə hüququ olan insanların sayı 2 588 468 nəfər təşkil edir. Bu da o deməkdir ki, seçkilərdə səsvermə hüququ olanların 60,93 faizi iştirak edib.

Seçkilərdə 5 partiya və 4 blok iştirak edib. Partiyalar parlamentə daxil olmaq üçün 5 faiz, boklar isə 7 faiz səs toplamalı idilər. Bununla da parlamentdə iki partiya - Ermənistan Respublika Partiyası (770 441 səs) və “Daşnaksutyun” partiyası (103 048 səs), iki blok -“Tsarukyan” (428 836 səs) və “Çıxış” (122 065 səs) blokları təmsil olunacaqlar.

Parlament seçkilərində iştirak etmiş “Azad demokratlar” 14 739 səs, “Erməni dirçəlişi” 58 265 səs, “Konqres – Ermənistan Xalq Partiyası” bloku 29 950 səs, Ermənistan Kommunist Partiyası 11 741 səs, “Ohanyan – Raffi-Oskanyan” bloku 32 508 səs toplayıb. 6675 bülleten etibarsız sayılıb.

DİGƏR XƏBƏRLƏR

Top