Rusiya XİN: Londonun mövqeyi və təsir imkanları yoxdur

Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun Rusiyaya səfərinin ləğv edilməsi Suriyada baş verənləri anlamama və ya bilməmə deməkdir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. XİN-dən qeyd ediblər ki, Moskvanın Londonla dialoqa onun özündən daha çox lazım deyil: “Boris Consonun bəyanatlarına əsasən, hazırda onun başqa prioritetləri var, məhz Suriyada vəziyyəti və Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyini yeddilik üzrə tərəfdaşlarla müzakirə etmək”. XİN-dən əlavə ediblər ki, səfərin ləğv edilməsi onu göstərir ki, britaniyalıların müasir dövrün əksər aktual problemləri üzrə öz mövqeləri və beynəlxalq işlərə təsirləri yoxdur: “Onlar strateji tərəfdaşlarının kölgəsində qalırlar. Hesab etmirik ki, Londonla dialoq bizə onun özündən daha çox lazımdır”.

Xatırladaq ki, aprelin 8-də Böyük Britaniyanın xarici işlər naziri B. Conson Rusiyaya planlaşdırılan səfərini ləğv edib B. Consonun aprelin 10-da Moskvaya səfər etməsi gözlənilirdi. Onun Rusiyaya yeni səfərinin dəqiq tarixi hələ məlum deyil B. Conson Suriyadakı vəziyyətlə əlaqədar səfərini ləğv etdiyini bildirib. Onun Moskvaya səfəri daha əvvəl bir dəfə təxirə salınmışdı. Martın sonunda Rusiyaya getməli olan XİN rəhbəri NATO ölkələrinin xarici işlər nazirləri görüşünün qrafikinin dəyişməsinə görə səfəri daha gec tarixə keçirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top