Teleaparıcı canlı efirdə ərinin ölüm xəbərini oxudu - VİDEO

Hindistanın “IBC24” telekanalının aparıcısı Suprit Kaur canlı efirdə ərinin öldüyü yol-nəqliyyat hadisəsi barədə təcili xəbər oxuyub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xəbər lentinə iki nəfərin öldüyü və üçünün də yaralandığı yolsuzluq avtomobilinin iştirakı ilə qəza barədə məlumat daxil olub. Bununla belə, telefonla efirə qoşulan telekanalın müxbiri xəsarət alanların adlarını açıqlamayıb. Aparıcı söhbətin ərindən getdiyini anlayıb. Belə ki, əri həmin həmin markalı yolsuzluq avtomobilində səfərə çıxmışdı. Bununla belə, teleaparıcı canlı efirdə özünü itirməyərək xəbəri sonadək təmkinlə oxuyub. Efirdən sonra S. Kaur studiyadan çıxaraq müxbirə zəng edib, o da ərinin öldüyünü təsdiqləyib. Məhz o zaman qadın özünü itirib

aparici olum xeberi

DİGƏR XƏBƏRLƏR

Top