Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Ötən gecə Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar və 5 p.m elektrik kabeli yanıb. "Yeniavaz.com"un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top