"Son illərdə Azərbaycanda minik avtomobili parkının ən aşağı artımı 2016-cı ildə olub"

"90-cı illərin sonlarından sonra Azərbaycanda minik avtomobili parkının ən aşağı artımı 2016-cı ildə qeydə alınıb". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat verib. Onun sözlərinə görə, ötən il ölkədə minik avtomobillərin sayı cəmi 7,4 min ədəd artıb: "Məsələn, hətta 2000-ci ildə artım 10 min ədəd olmuşdu. Yaxud 2003-cü ildə 50 min, 2006-da 70 min, 2012-də 88 min artım qeydə alınmışdı. Heç şübhəsiz, bank sektrorunun böhranı, maşın kreditlərinin tamam məhdudlaşdırılması ilə yanaşı, əhalinin iş və gəlir imkanlarının kəskin daralması da bu məsələdə öz sözünü deyir".

Rövşən Ağayev qeyd edib ki, 2016-cı ildə MDB istehsalı olan (el arasında "rus" maşınları deyilir) maşın parkımız 1000 ədəd, qeyri-MDB maşın parkımız isə 6400 ədəd genişlənib: "İnomarka"lardan ən çox artan "Mersedes" (681 ədəd artıb), "Hyundai" (668 ədəd), "Toyota" (505 ədəd), KİA (457 ədəd), "Ford" (329 ədəd), "Shevralet" (324 ədəd), "Lexus" (300 ədəd) "LANDROVER" (163 ədəd), "Mazda" (159 ədəd), "Nissan" (149 ədəd), "Audi" (144 ədəd), "Wolkswagen" (133 ədəd), "Mitsubishi" (117 ədəd), (117 ədəd), "Fiat" (88 ədəd), "Daewoo" (74 ədəd), "Porsche" (63 ədəd), "Honda" (50 ədəd), "İnfiniti" (20 ədəd) parkı genişlənib".

DİGƏR XƏBƏRLƏR

Top