İŞİD 50 dinc sakini edam etdi

İŞİD terror qruplaşmasının silahlıları Mosulda ən azı 50 nəfəri edam edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sakinlər İraq hökumət qüvvələrinə qaçmağa cəhd etdiklərinə görə öldürülüblər.

Şahidlərin sözlərinə əsasən, edam edilənlər Ras əl-Cəd və Əl-Muşahad rayonlarının sakinləri olublar. Onlar terrorçulardan xilas olmaq üçün qaçaraq hərbçilərə qoşulmağa çalışıblar. Terrorçular edam etdikləri sakinlərin cəsədlərini küçədə qoyublar.

BMT-nin məlumatına görə, Mosulda aparılan əməliyyat zonasında ən azı 400 min nəfər qalıb. İraqın Miqrasiya Nazirliyi isə bəyan edib ki, əməliyyatın başlamasından etibarən Mosulun qərbindən gələn qaçqınların sayı 200 min nəfəri ötüb.

Xatırladaq ki, İraq ordusunun fevralda başladığı əməliyat ərzində Mosulun qərb hissəsinin 60 faizindən çoxu İŞİD-dən azad edilib. Şəhərin şərq hissəsi isə 2016-cı ilin oktyabrında başlamış əməliyyat zamanı tam azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top