Merkel: Günaha batdıq

Avropa ölkələri müstəmləkə dövründə Afrikada günaha batdı. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel ölkəyə gəlmiş miqrantlara yardım edənlərlə görüşdə deyib.

A.Merkel G20 ölkələrini Afrika üçün təcili işlər görməyə çağırıb. Kansler qeyd edib ki, Afrikada qəbilələrin ərazilərinə fikir verilmədən sərhədlər necə gəldi müəyyənləşdirilib: “Müstəmləkə dövründə Afrikada günaha batdıq. Afrikanın tarixi ilə maraqlanmaq lazımdır”.

Onun sözlərinə görə, hər ay 14 min miqrant Almaniyaya gəlir: “Sığınacaq tələbi rədd edilən miqrantlar ölkəyi tərk etməlidir ki, Almaniyada qalanlara həqiqətən də yardım edə bilək”.

DİGƏR XƏBƏRLƏR

Top