Almaniya Silahlı Qüvvələri (Bundesver) ABŞ-ın Suriya hökumət ordusunun mövqelərinə mümkün yeni zərbələrində iştirak etməyəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, Qərb koalisiyasının İŞİD terror qruplaşması qarşı mübarizəsində Bundesver qarşısında kəşfiyyat aparmaq tapşırığı qoyulub: “Bu, tamamilə aydın mandatdır, biz onun çərçivəsində hərəkət edəcəyik”. Müdafiə naziri qeyd edib ki, bu vəzifə Suriyada kimyəvi silahın tətbiq edilməsi məsələsi və prezident Bəşər Əsədin fəaliyyəti ilə bağlı deyil.