Britaniya rəsmisi Suriyadakı vəziyyətə görə Moskvaya səfərini ləğv etdi

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Rusiyaya planlaşdırılan səfərini ləğv edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Britaniyanın Moskvadakı diplomatik missiyasından bildiriblər. Səfirlik Britaniya tərəfinin qərarını Rusiya Xarici İşlər Nazirliyinə çatdırıb. B. Consonun aprelin 10-da Moskvaya səfər etməsi gözlənilirdi. Diplomatik missiyadan qeyd ediblər ki, B. Consunun Rusiyaya yeni səfərinin dəqiq tarixi hələ məlum deyil. Səfirlikdən o da vurğulanıb ki, bu, planlaşdırılan səfərin təxirə salınması deyil, məhz ləğvidir. B. Conson Suriyadakı vəziyyətlə əlaqədar səfərini ləğv etdiyini bildirib. Onun Moskvaya səfəri daha əvvəl bir dəfə təxirə salınmışdı. Martın sonunda Rusiyaya getməli olan XİN rəhbəri NATO ölkələrinin xarici işlər nazirləri görüşünün qrafikinin dəyişməsinə görə səfəri daha gec tarixə keçirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top