“S-400” yaxın kosmosdakı hədəfləri məhv edə biləcək

“S-400” zenit-raket sistemləri yaxın kosmosdakı hədəfləri məhv etmək iqtidarında olan raketlərlə silahlanmağa başlayıb. “Yeniavaz.com”un “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanının müavini, hava və raket hücumundan müdafiə qoşunlarının komandanı general-leytenant Viktor Qumennıy deyib. Onun sözlərinə görə, hazırda təcrübə-konstruktor işləri başa çatmaq üzrədir: “Son vaxtlar bizə yaxın kosmosda, uzaq məsafələrdə və yüksək sürətlərdə işləməyə imkan verəcək yeni raketlər qəbul edirik”.

Xatırladaq ki, “S-400” “Triumf” uzaq məsafəli zenit-raket sistemi 2007-ci ildə silahlanmaya qəbul edilib. O, aviasiya, qanadlı və balllistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulub, yerüstü obyektlərə qarşı da tətbiq edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top