Azyaşlı qızını döyən ataya 2 il həbs

Tbilisi şəhər məhkəməsi bu gün azyaşlı qızını döyməyə görə onun atasını iki il müddətinə azadlıqdan məhrum edib. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu ilin yanvar ayının 17-də Tbilisi ətrafındakı Qldansk rayonunda baş verib. İstintaq zamanı məlum olub ki, V.L adlı şəxs 8 yaşlı qızını qəddarcasına döyərək onun sifətinə və kürəyinə zədə yetirib. Qızı gözlərini qan tutan atanın əlindən almaq istəyən, ancaq buna nail ola bilməyən qonşular polis çağırmalı olublar. Nəticədə köməyə gələn hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən V.L hadisə yerində saxlanılıb. Ona qarşı yetkinlik yaşına çatmayan və köməksiz vəziyyətdə olan ailə üzvlərindən birinə qarşı zorakılığa əl atmaq barədə cinayət işi qaldırılıb. Tbilisi şəhər məhkəməsi V.L-nin qızına qarşı xüsusi zorakılığa əl atdığını nəzərə alaraq onu iki il müddətinə azadlıqdan məhrum edib.

DİGƏR XƏBƏRLƏR

Top